Dilqəm və Şahbazdan XƏBƏR VAR

Dilqəm və Şahbazdan XƏBƏR VAR


Beynəlxalq Qırımızı Xaç Komitəsi Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurum mandatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə oktyabr və noyabr aylarında baş çəkib: “Komitə əməkdaşları başçəkmə zamanı saxlanılan şəxslərin saxlanma şəraiti, vəziyyətləri və digər məsələlər barədə monitorinq keçirib və onların vəziyyətləri barədə ailə üzvlərinə məlumat verib”.
Geri qayıt