Şəkidə QORXUNC OLAY: azyaşlının əli...

Şəkidə azyaşlının əli ətçəkən maşında qalıb. ONN media Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Şəki şəhərində bir nəfər azyaşlının əli ətçəkən maşında sıxılı vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həkim nəzarəti altında azyaşlının əlini ətçəkən maşından çıxarıblar.