Əli Əsədov rusiyalı həmkarı ilə ikitərəfli əlaqələri MÜZAKİRƏ ETDİ

Noyabrın 18-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. ONN media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayılıb. Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticari-iqtisadi münasibətlər, həmçinin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə perspektivləri barədə fikir mübadiləsi aparılıb.