Sülhməramlılar ermənilərin avtomobillərində nə axtarır? - AÇIQLAMA

Rusiya Silahlı Qüvvələrinin 15-ci əlahiddə motoatıcı briqadasının sülhməramlı batalyonu işğaldan azad olunmuş Dağlıq Qarabağ ərazisində, Laçın dəhlizindəki keçid məntəqələrində bütün avtomobillərə baxış keçirir. ONN media xəbər verir ki, sülhməramlılar müşahidə məntəqələrindən keçən bütün avtomobillərdə silah və partlayıcı maddə olub-olmadığını yoxlayır. Bu barədə briqada əsgərləri bildirib. Qeyd edək ki, Laçın dəhlizində nəqliyyat təhlükəsizliyi bütün marşrut boyunca müşahidə postları yerləşdirmiş rus sülhməramlıları tərəfindən təmin edilir.