İrəvanda etirazçılar yolları bağladı - VİDEO

Ermənistanın paytaxtı İrəvanda baş nazir Nikol Paşinyanın istefasını tələb edilən etirazçılar Amiryan küçəsi ilə Maştots prospektinin kəsişməsini bağlayıb.
ONN media xəbər verir ki, hadisə yerində polislə aksiyaçılar arasında insident yaşanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara arxadan yaxınlaşaraq onları yoldan kənara itələyib.
Bildirilir ki, aksiyada Daşnaksütyun Partiyasının fəalları üstünlük təşkil edib.