Limon mürəbbəsi resepti

Tərkibi: 4 ədəd limon 2 fincan şəkər tozu 1 fincan su Hazırlanması: Limonlar yuyulur, qabığı soyulur. Xırda dilimlərə bölünür, üzərinə şəkər tozu əlavə edilib saxlanılır. Limonların su salmasını gözlədiyiniz müddətdə limon qabıqlarının üzərinə qaynar su əlavə edilir, 5 dəqiqə sonra suyu süzülür. 3 dəfə təkararlanır. Daha sonra sulanan limon-şəkər tozu qarışımının üstünə həmin su tökülüb qaynadılır. Qaynamağa başlayanda xırdalanmış limon qabıqları da əlavə edilir. Ara-sıra qarışdıraraq, 40 dəqiqə vam odda bişirilir. Soyuduqdan sonra şüşə qablara yığılıb soyuducuda saxlanılır. Nuş olsun!