Bakıda faciəvi hadisə - 61 yaşlı kişi...

Bakıda mənzildən meyit tapılıb. ONN media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb. Orada aşkarlanan 1959-cu il təvəllüdlü Abbasov Azər Zahid oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.