Serj Sarkisyanın arvadı koronavirusdan öldü

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan koronavirusdan ölüb. ONN media bildirir ki, 58 yaşlı R.Sarkisyan vəziyyəti ağırlaşdığı üçün ölkə xaricinə aparılmışdı. Son günlərdə onun vəziyyətinin stabilləşdiyi deyilirdi.
Qeyd edək ki, bu günədək Ermənistanda 123 646 nəfər koronavirusa yoluxub, 1 900 nəfər ölüb.(trend)