SON DƏQİQƏ: Tbilisidə mikromaliyyə təşkilatına basqın olub - GİROVLAR VAR

Tbilisidə mikromaliyyə təşkilatına silahlı basqın edən şəxs 9 nəfəri girov götürüb. ONN media xəbər verir ki, bu barədə Patrul Polis Xidmətinin rəisi Vaja Siradze bildirib. Onun sözlərinə görə, hazırda xüsusi əməliyyat davam etdirilir. Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı qarət və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri üzə operativ istintaq tədbirlərinə başlanılıb.