Rusiyalı heyət Azərbaycana və Ermənistana səfər edəcək

Rusiyanın qurumlararası nümayəndə heyəti yaxın günlərdə Yerevana və Bakıya səfər edəcək. ONN media xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd edək ki, bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova rəsmi Moskvanın Dağlıq Qarabağla bağlı Bakı və Yerevanla təmaslarının bütün səviyyələrdə davam etdiyini bildirmişdi.