Vanetsyan elan etdi: Qarabağ razılaşmasına qarşı...

Vətən Partiyasının sədri, Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri Artur Vanetsyan Ermənistan Baş naziri Nikol Paşinyanın müxalifətin Qarabağla bağlı 9 noyabrda imzalanan Bəyanatı ləğv etmək istəyi barədə açıqlamasını təkzib edib. ONN media xəbər verir ki, A.Vanetsyan bu barədə İrəvanda bu gün keçirilən mitinqdə danışıb. O deyib ki, heç kəs Qarabağ razılaşmasını ləğv etməyə hazırlaşmır: “Biz sadəcə, müharibəni uduzan şəxs kimi Nikol Paşinyanın istefa verməsini tələb edirik”. Vanetsyan, həmçinin onu da qeyd edib ki, Qarabağda müharibənin başlamasına səbəb Paşinyanın bərbad xarici siyasəti olub.(axar.az)