Hakimiyyət itkisinin qorxusundan Paşinyanın xalqı yadına düşdü

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ münaqişəsinin bitməsindən sonra insafa gələrək xalqına əl uzatmağa başlayıb. ONN media xəbər verir ki, hakimiyyətdə qalmaq dərdindən başı açılan baş nazir itkin düşmüş hərbçilərlə bağlı komissiya yaradıb. Bu format çərçivəsində Ermənistanın baş naziri ilə itkin düşənlərin qohumlarının görüşləri təşkil ediləcək. Qeyd edək ki, Qarabağ döyüşlərində itkin düşmüş hərbçilərin yaxınları 2 həftədir ki, müdafiə nazirliyinin inzibati binası qarşısında etiraz aksiyaları keçirir. Onlar nazirliyin rəhbərliyi ilə görüş tələb edirlər.