Bu tarixə kimi yoluxma ikiqat artacaq - ŞOK ARAŞDIRMA

ABŞ-da 2021-ci ilin 20 yanvar tarixinə qədər koronavirusa yoluxma ikiqat arta bilər. ONN media xəbər verir ki, bu proqnozu Missuri ştatının Vaşinqton Universiteti tərəfindən aparılan araşdırma ortaya qoyub. CNN telekanalının ABŞ-ın ən yaxşı tibb fakültələrindən birinə sahib Vaşinqton Universitetinə istinadən verdiyi xəbərdə prezident inaqurasiyasına qədər yoluxma sayının 20 milyonu ötəcəyi bildirilib. Universitetin Səhiyyə Sağlamlıq Ölçmə-Qiymətləndirmə İnstitutu tərəfindən aparılan başqa bir araşdırmaya görə isə 2 ay ərzində 140 min amerikalı xəstəlik səbəbilə öləcək. Qeyd edək ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) virusa yoluxub-yoluxmadığını müəyyən etmək üçün lazım olan karantin müddətini qısaltmaq niyyətindədir. Bu proses 7-10 günə endirilə bilər. Hazırda mövcud karantin müddəti 14 gündür. Xatırladaq ki, ABŞ-da 12 milyon 955 min 7 nəfər koronavirusa yoluxub, 265 min 891 nəfər dünyasını dəyişib, 7 milyon 636 min 684 nəfər sağalıb. Hazırda ölkədə 5 milyon 52 min 432 aktiv COVID-19 xəstəsi var.