Türkiyə səfirliyi Azərbaycan xalqını təbrik etdi

Türkiyə səfirliyi Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib.
ONN media xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsində bildirilib.
“Kəlbəcərin işğaldan azad olunması münasibətilə Azərbaycan Ordusunu və xalqını ürəkdən təbrik edirik”, - deyə qeyd olunub.