Bakıda YOL QƏZASI: Piyadanı avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində, “Meyvəli” bazarın yaxınlığında qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 1972-ci il təvəllüdlü, Abdullayev Azad Mirzağa oğlunu avtomobil vurub. Yaralı təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsindən sonra ona sol diz oynağının sınığı diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır.