ABŞ və Rusiya arasında GƏRGİNLİK

ABŞ və Rusiya arasında GƏRGİNLİK

Qara dəniz üzərində ABŞ və Rusiya arasında gərginlik yaşanıb. ONN media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, ABŞ-a aid "Boinq RC-135" tipli kəşfiyyat təyyarəsi Qara dəniz səmasında uçuş edərkən Rusiya hava məkanına yaxınlaşıb: “Rusiya sərhədlərinin pozulmasının qarşısının alınması məqsədilə Su-27 qırıcı təyyarələri havaya qaldırılıb. Rusiya qırıcıları Qara dəniz səmasında uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarəni müşayiət edib”.

Geri qayıt