Bakı şəhər Baş Polis İdarəsində YENİ TƏYİNAT

Bakı şəhər Baş Polis İdarəsinin rəisinə yeni müavin təyin edilib. ONN media xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovniki Vüqar Ələkbərov Bakı şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini təyin edilib.