Daha bir vəkil COVID-19-dan vəfat etdi

Vəkillər Kollegiyasının daha bir üzvü, "Lider" Vəkil Bürosunun müdiri Əli Ələkbərov vəfat edib. ONN media Vəkillər Kolegiyasına istinadən xəbər verir ki, Ə.Ələkbərov COVID-19-dan dünyasını dəyişib. Bununla əlaqədar, Vəkillər Kollegiyasının Rəyasət Heyəti mərhum vəkilin yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda Vəkillər Kollegiyasının üzvləri - Adil İsmayılov, Yusif Seyidov və Tahir Əlirzayev da koronavirusdan vəfat edib. Allah rəhmət eləsin!