Türkiyə XİN-dən şəhidlərimizlə bağlı PAYLAŞIM
Azərbaycanın işğal altındakı torpaqlarının azadlığı üçün verdikləri fədakar mübarizədə şəhadətə qovuşan qəhrəmanlarımıza Allahdan rəhmət diləyirik. ONN media xəbər verir ki, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran Tvitter hesabında deyib. “Can Azərbaycanın Zəfər Günü şəhidlərin əmanətidir. Şəhidlərimizə Allahdan rəhmət diləyirik və onları ehtiramla yad edirik, qazilərimizə isə şükranlığımızı bildiririk”, - nazir müavini bildirib.
