Türkiyə səfirliyinin konsulluq şöbəsi bu tarixlərdə İŞLƏMƏYƏCƏK

Türkiyənin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsi 9-10 dekabr 2020-ci il tarixlərində işləməyəcək. ONN media xəbər verir ki, bu barədə məlumat səfirliyin "Twitter" hesabında paylaşılıb. Qeyd edilib ki, səfirliyin konsulluq şöbəsi yalnız təcili işlərlə bağlı açıq olacaq.