Azərbaycanda 3 övladını itirən qadından DƏHŞƏTLİ ƏMƏL
Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib. ONN media xəbər verir ki, Gəncə şəhər sakini Əliyeva Gülxar Salman qızı özünü yaşadığı çoxmərtəbəli binanın 8-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerindəcə keçinib. Bildirilir ki, Gülxar Əliyevanın 3 övladı son vaxtlarda vəfat edib. Qadın övlad itkisinə dözməyərək həyatına qəsd edib. Faktla bağlı araşdırma aparılır.
