Hərbi vəziyyətin ləğvindən sonra metro açıla bilər? - AÇIQLAMA

Dekabrın 12-dən ölkədə hərbi vəziyyət ləğv olunur. Bununla bağlı Azərbaycanda bir sıra məhdudiyyətlər aradan qalxacaq. Bəs hərbi vəziyyətin ləğvinin metronun fəaliyyəti ilə bağlı qərara hər hansı təsiri olacaq? ONN media xəbər verir ki, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Milli.Az-a açıqlamasında bildirib ki, məsələ hələlik gündəmdə deyil. "Metronun bağlanması koronavirusla əlaqədardır. Yayılma ehtimalını minimuma endirmək məqsədilə qapadılıb. Bu səbəbdən vəziyyəti təhlil edərək, qərarı yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah verir", - o deyib.