Paşinyan üçün SON SAATLAR: istefa verməsə...

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana istefa verməsi üçün bu gün saat 17:00-a qədər vaxt verib. ONN media xəbər verir ki, bu barədə “Daşnaksütyun” partiyasının Ali Şurasının nümayəndəsi İşxan Saqatelyan deyib. Onun sözlərinə görə, 17:00-dan başlayaraq Ermənistan vətəndaşları etiraz etmək hüququna malikdir. “Nikol Paşinyan istefa verməsə, ölkədə vətəndaş itaətsizliyinə başlanılacaq”, - Saqatelyan bildirib. Ermənistan müxalifəti bununla bağlı müraciət yayıb: Vətəndaşlar: yalnız qanun çərçivəsində hərəkət etmək, təxribata getməmək lazımdır; Hüquq-mühafizə orqanları: vətəndaşlara güc tətbiq edilməməlidir; Baş nazir: xaos və dağıntı olmadan getməlidir.