Türkiyədə Azərbaycan prospekti açıldı

Türkiyədə Azərbaycan prospekti açıldı

Bu gün Türkiyədə Azərbaycan prospektinin açılışı olub.

ONN media xəbər verir ki, bu barədə açılış mərasimində iştirak edən Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli deyib.

O bildirib ki, prospekt Türkiyənin Van vilayətində yerləşir. Azərbaycan prospekti ilə yanaşı vilayət ərazisində Qarabağ məhəlləsi adlandırılan küçənin də açılışı olub:

"Mərasimdə Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib. Tədbirdə Van bölgəsinin rəhbər işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər".

Geri qayıt