Rusiya sülhməramlıları yol qəzasına düşdü (VİDEO)

Ermənistanın Sunik bölgəsindən keçən İrəvan-Mehri magistral yolunda böyük bir yol qəzası olub.
ONN media xəbər verir ki, “KamAZ” markalı maşın traktorla toqquşub.
Yaralananlar arasında Rusiya sülhməramlıları da var. Onlar Gorus Tibb Mərkəzinə aparılıb.
“KamAZ”ın sülhməramlılar üçün tədarük apardığı bildirilir.
Traktorun sürücüsünün İran vətəndaşı olduğu qeyd edilir.
Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı komandiri Rüstəm Muradov, həmçinin Sunik bölgəsi hərbi polis zabitləri hadisə yerinə gəlib.
Qeyd edək ki, bu, sülhməramlıların iştirak etdiyi ikinci belə yol nəqliyyatı hadisəsidir.