Ermənilər QORXUDA: Azərbaycan nömrəli maşın Zəngəzurda... - FOTO

Ermənilər QORXUDA: Azərbaycan nömrəli maşın Zəngəzurda... - FOTO

Azərbaycan nömrəli avtomobil Gorus rayonunda peyda olub. ONN media xəbər verir ki, bu barədə Ermənistanın “mediaport” teleqram kanalı yazıb. Gorus ermənilərin Sünik dediyi Zəngəzur bölgəsində yerləşir. Ermənilər Azərbaycan hərbçilərinin tez-tez Zəngəzur bölgəsində göründüklərini deyirlər. - Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkildiklərini deyib; - Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses şadunt bildirib ki, azərbaycanlı hərbçilər kəndə gələrək, buranın Azərbaycana məxsus olduğunu bildiriblər; - Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını bildirib. Azərbaycan Ermənistanın işğal dövründə qeyri-qanuni pozduğu dövlət sərhədini xəritəyə uyğun olaraq, yenidən təşkil edir.

Geri qayıt