Paşinyan növbədənkənar seçkiyə hazırlaşır

Paşinyan növbədənkənar seçkiyə hazırlaşır

Nikol Paşinyan may və ya iyun ayında növbədənkənar seçki keçirmək niyyətindədir. ONN media  xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb. “Paşinyan istefa məsələsində xalqın tələblərinə bacardığı qədər müqavimət göstərmək, növbədənkənar seçkini may və iyunda keçirmək niyyətindədir. Əsas odur ki, bu zamana qədər onlar hakimiyyətdə olsun və total administrativ resurslardan istifadə edib, özlərinin yenidən seçilməsini təmin etsinlər. Bizim mənbələrimiz bildirir ki, məhz buna görə qubernator səviyyəsində kadr dəyişiklikləri aparılır”, – deyə qəzetin məqaləsində bildirilib.

Geri qayıt