COVID-19-la ən uyğun mübarizə metodu budur - Bayramlı

COVID-19-la ən uyğun mübarizə metodu budur - Bayramlı

Təəssüf ki, bu gün yeni COVID-19 virusu ilə mübarizə aparmaqdayıq. Bu virus hüceyrələri orqnizmə spike proteini ilə bağlanır. ONN media  xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib. O qeyd edib ki, virus mutasiyaya uğrayaraq, bütün orqanizm hüceyrələrində çoxalır: "Virusa yoluxmuş hüceyrə ilə insan orqanizmi mübarizə aparır və o hüceyrəni dağıtmağa çalışır. Virusun potogenizinə qarşı anti-cism maddələrini orqanizmdə artıra bilsək, virusla mübarizə apara bilərik". Ramin Bayramlı bildirib ki, COVID-19-un dərmanla mübarizəsi daha uzun illər tələb edir: "Hazırda virusla mübarizədə tətbiq etdiyimiz sərt karantin çox bahalıdır və sosial-psixoloji təsiri səbəbindən uzun müddət davam edə bilməz. Bu səbəblə ən uyğun mübarizə metodu vaksinasiyadır və vaksinasiya da üç mərhələli şəkildə aparılır. Bu gün bir xəstənin həyatını xilas etmək üçün reanimasiyada bəzən 5-10 mütəxəssis mübarizə aparır. Dünyada 73 milyon yoluxma, 2 milyona yaxın ölüm, 50 milyona yaxın sağalma var. Ölkəmizdə xəstəliyin ikinci dalğasında çətin vəziyyətlə qarşılaşırıq. Bu gün gündəlik 4000 yoluxma ilə mübarizə apara bilirik. Vaksinin ən əhəmiyyətli məqamı təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır".

Geri qayıt