Biri düzəldir, o biri dağıdır-DÖVLƏT ƏMLAKINI GÖYƏ SOVURANLAR KİMLƏRDİR?
Məlumdur ki, ölkəmiz müharibədən yeni çıxmasına baxmayaraq abadlıq işləri davam edir. Yeni yollar çəkilir, köhnə yollar bərpa olunur. 3 gün bundan öncə Nəsimi rayon M.Qaşqay küçəsinə yeni asfalt örtüyü çəkilib. Bütün ətraf ərazi yenilənib. Lakin, qaz idarəsinin əməkdaşları yeni çəkilən təzə asfalt örtüyünü dağıdaraq boru çəkmək adı ilə yenidən qazıntı işləri aparıb. Sual olunur ki, bu borular asfalt tökülməzdən əvvəl niyə birləşdirilmirdi? Qeyd edək ki, qaz idarəsinin əməkdaşlarının qazıntı işlərindən sonra yolun üzü perimetr boyu tam örtülmədiyindən çuxura düşən maşınlara ciddi ziyan dəyib. Xatırladaq ki, sakinlərin təpkisindən sonra "Azəravtoyol" ASC dərhal məsələyə müdaxilə edib. Amma sual yenə də açıq qalır- Dövlətin milyonlarla vəsaiti niyə talanır və bu vəsaitin talanmasında kimlər maraqlıdır? Müharibədən yeni çıxmış ölkənin iqtisadi cəhətdən zəifləməsinin təmin olunmasını bu adamlara kim sifariş verib?
Məsələni araşdıracağıq.(olaylar.az)