Bakıda 44 yaşlı kişi bıçaqlandı

Bakıda 44 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi olub. ONN media  xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Çiçək qəsəbəsində 1976-cı il təvəllüdlü Səlimli Amil Mülayim oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol tərəfinin daxilə nüfuz edən yarası və sol baldırın kəsilmiş-deşilmiş yaraları diaqnozları qoyulub.

Geri qayıt