"Twitter" "Periscope" tətbiqini bağlayacaq

"Twitter" "Periscope" tətbiqini bağlayacaq


"Twitter"ə məxsus "Periscope" video-yayım tətbiqinin fəaliyyəti 31 mart 2021-ci il tarixindən etibarən dayandıracaq. Artıq dekabrın 15-dən "Periscope"da yeni hesabların yaradılması funksiyası ləğv edilib.

ONN media  xəbər verir ki, bu barədə "Twitter"in yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, tətbiqin veb-saytına giriş yalnız arxivləşdirilmiş yayımları izləmək üçün açıq qalacaq. "Periscope" əvəzinə videoları "Twitter Live" vasitəsilə yayımlamaq mümkün olacaq.

Xatırladaq ki, "Periscope" 2015-ci ildə istifadəyə verilib. "Twitter" sözügedən tətbiqi 2014-cü ildə 120 mln. ABŞ dollarına satın almışdır.

Geri qayıt