Beş asteroid planetimizə yaxınlaşır - NASA

Beş asteroid planetimizə yaxınlaşır - NASA

Həftə ərzində planetimizə beş asteroid yaxınlaşacaq. ONN media   xəbər verir ki, bu barədə NASA məlumat yayıb. Sözügedən asteroidlərdən ikisi Yerə Aydan daha yaxın məsafədən keçəcək. Səma cisimlərindən üçü dekabrın 16-da planetimizə yaxınlaşacaq, onların diametrləri 10-24 metr təşkil edir. Onlardan Yerə ən yaxın keçəni 343 min kilometr məsafədən keçəcək. Digər iki asteroid isə dekabrın 18-də Yerə yaxınlaşacaq.

Geri qayıt