Qarabağda axtarış qrupları artırıldı - RƏSMİ

Qarabağda axtarış qrupları artırıldı - RƏSMİ

Rus istehkamçıları Qarabağda 6000-dən çox partlayıcı maddəni zərərsizləşdirib. ONN media  xəbər verir ki, bu barədə kontingent mərkəzinin müavini Dmitri Perepelkin jurnalistlərə açıqlamasında deyib. Bildirilib ki, bu günədək Qarabağda 200 hektara yaxın ərazi təmizlənib, 405 binada partlayıcı maddə olub-olmadığı yoxlanılıb. Perepelkin əlavə edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə birlikdə Ermənistan və Azərbaycan tərəfləri arasında ölənlərin cəsədlərinin mübadiləsi, itkin düşənlərin axtarışı davam edir. O, işin səmərəliliyini artırmaq üçün axtarış qruplarının sayının üçdən beşə qaldırıldığını bildirib.

Geri qayıt