Makron da koronavirusa yoluxdu

Makron da koronavirusa yoluxdu

Fransa prezidenti Emanuel Makron koronavirus testi verib və nəticə pozitiv çıxıb. ONN media  xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb. Yelisey sarayından bildirilib ki, koronavirus testi pozitiv olduğundan Makron qarşıdakı 7 gün ərzində özünü təcriddə yaşayacaq. Fransa koronavirusa yoluxmaya görə dünyada 5-ci yerdədir və bu ölkədə 2,4 milyondan artıq insan virusa yoluxub. Virusa yoluxanlardan 60 minə yaxını ölüb.

Geri qayıt