Rusiya Yutuba alternativ yaradır?

Yutuba alternativ yaradılması kommersiya məsələsidir. ONN media xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib. “Alternativ meydança kommersiya cəhətdən əlverişli olmalıdır. Bütün bu servislər razılaşma tələb edir”, - deyə Kreml sözçüsü bildirib. Peskov əlavə edib ki, belə bir platforma yaradılması milyardlarla dollar tələb edir və bir gecənin işi deyil.