Dünya Kuboku: Hacı Əliyev finala keçə bilmədi

Azərbaycanın sərbət güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokunda finala yüksələ bilməyib. ONN media xəbər verir ki, 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Macarıstan təmsilçisi İsmayıl Musukayevə uduzaraq, qızıl medal qazanmaq şansını əldən verib. Əliyev sabah bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.