Bütün Ermənistanı itirəcəyik - Düşmən ölkə ÇALXALANIR

Bütün Ermənistanı itirəcəyik - Düşmən ölkə ÇALXALANIR

Süniki (tarixi Zəngəzur) itirsək, bütün Ermənistanı itirəcəyik. ONN media  xəbər verir ki, bu sözləri Gorus administrasiyası rəhbərinin müavini Menuya Ovsepyan deyib. O qeyd edib ki, sərhədlərin demarkasiyası çərçivəsində boşaldılan Sünik ölkənin onurğa sütunudur: “Yolun cənuba aparan çox böyük bir hissəsi Azərbaycanın nəzarətində olan ərazidə qalacaq. Bilmək istəyirik ki, hökumətdə bu prosesə görə məsuliyyəti öz üzərinə götürə biləcək birisi varmı?” Bölgədə etiraz aksiyası keçirən sakinlər vətəndaşların suallarını cavablandıra biləcək adekvat və məsuliyyətli insanlar gələnə qədər Gorus-İrəvan avtomobil yolunu bağlı saxlayacaqlarını bəyan edib. Mövqelərdən geri çəkilmə Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası çərçivəsində baş verir.

Geri qayıt