Makronla bağılı RƏSMİ AÇIQLAMA: Öskürək, əzələ ağrıları...

"Koronavirusa yoluxan Fransa prezidenti Emmanuel Makronun vəziyyəti stabil olaraq qalır". ONN media xəbər verir ki, bu barədə Yelisey sarayından bildirilib. “O, hələ də COVID-19 xəstəliyinin eyni simptomlarını daşıyır: əzginlik, öskürək, əzələ ağrıları... Ancaq bu, onun vəzifəsini yerinə yetirməsinə heç bir şəkildə mane olmur”, - deyə məlumatda deyilir. Makronun mütəmadi müayinələrdən keçdiyi və nəticələrin ürəkaçan olduğu vurğulanıb.