PKK bu bölgəni işğal etdi

Sincarda yenə PKK və ona bağlı qruplar fəaliyyət göstərir. ONN media xəbər verir ki, bunu peşmərgə qüvvələrinin Sincar cəbhəsi üzrə komandanı Serbest Lezgin deyib. O bildirib ki, PKK bölgəni işğal edib: “İraqda bəzi qruplar PKK-ya yardım edir. Hətta, elə bir səviyyəyə gəliblər ki, PKK həmin qrupun formasını geyinir. Eyni zamanda, həmin qrup vasitəsilə İraq hökumətindən maaş alırlar”.