Ozan Çolakoğlu iddialara SON QOYDU

Ozan Çolakoğlu iddialara SON QOYDU

Ötən gün aranjmançı Ozan Çolakoğlu kameralara tuş gəlib. ONN media  xəbər verir ki,  Leventdə obyektivlərə tuş gələn Ozan jurnalistlərin suallarını cavablandırıb. O, jurnalistlərin  ona ünvanladığı ”tez-tez xaricə gedirsiniz.Yoxsa həyat yoldaşınızla aranızda problemlər var” sualına belə cavab verib: “Xeyr,  bunu hardan çıxardınız? Gülşənlə aramızda heç bir problem yoxdur. Münasibətlərimiz yaxşıdır”. Qeyd edəki ki, cütlüyün bir müddətdir aralarında müəyyən problemlər yaşadığı haqqında məlumatlar yayılıb.

Geri qayıt