Paşinyan Zəngəzuru da Azərbaycana verib

“Nikol Paşinyan “artsax”ı 5 milyona, Süniki 3 milyarda satdı”. ONN media xəbər verir ki, bu sözləri Sünik (tarixi Zəngəzur) sakini deyib. “Türkləri Qafana gətirdi. Əvvəllər türklər evimdən 85 km məsafədə idisə, indi cəmi 8 km məsafədədir. Bunun nəyi təhlükəsizdir? Nikol hər şeyi edir ki, Sünik növbəti müharibədə türklərə müqavimət göstərə bilməsin. Çox pis, rüsvayedici bir vəziyyətdəyik”, - bölgə sakini qeyd edib. O, Paşinyanın bölgənin mühüm hissəsini Azərbaycana verdiyini və bölgədəki su elektrik stansiyasının Azərbaycanın atəş mövqeyi altında qaldığını bildirib: “Türk bizdən 12 km məsafədədir, sabah heç kim burada sərbəst şəkildə hərəkət edə bilməyəcək. Təhlükəsizliyi necə təmin edəcəksən? Çəkdiyiniz xəritədə bütün Zəngəzur bölgəsində bir dənə də olsun təhlükəsiz yer yoxdur”.