Erməni komandir istefa verdi

Ermənistanın patrul və qarovul xidməti xüsusi taborunun komandir müavini Xaçatur Tovmasyan səlahiyyətlilərin hərəkətlərinə etiraz olaraq istefa verib.
ONN media xəbər verir ki, bu barədə Daşnaktsütyun Partiyasının nümayəndəsi Geqam Manukyan müxalifətin mitinqində bildirib.
O, Tovmasyanın müraciətini oxuyub. Tovmasyan istefa məktubunda bəşəri və mənəvi dəyərlərin onun üçün vacib olduğunu, eləcə də hiyləgər və özünə hörmət etməyən bir hökumətə və məsuliyyətsiz insanlara xidmət etməyi mümkün hesab etmədiyini bildirib.
O, həmçinin xalqa qoşulub və həmkarlarını ondan nümunə götürməyə çağırıb.