Rusiya Zəngəzurda yeni hərbi baza yarada bilər
Ermənistanda Rusiyaya məxsus 2-ci hərbi baza yaradıla bilər. ONN media xəbər verir ki, bu barədə təklifi “İşıqlı Ermənistan” partiyasının sədri Edmon Marukyan söyləyib. O, hərbi bazanın Zəngəzurda yerləşdirilməsini təklif edib. Marukyanın fikrincə, Qarabağ müharibəsində məğlubiyyət bazanın yaradılmasına ehtiyac yaradıb.(modern.az)
