Avropa İttifaqı Ermənistana 24 milyon avro YARDIM AYIRDI

Avropa İttifaqı Ermənistana 24 milyon avro YARDIM AYIRDI

Avropa İttifaqı koronavirusa qarşı mübarizə üçün Ermənistana 24 milyon avro ayırıb. ONN media  xəbər verir ki, məlumatı qurumun Yerevandakı nümayəndəliyi yayıb. İttifaq “Orta vədəli sosial-iqtisadi bərpa proqramı” əsasında bu qərarı qəbul edib. Bu yardım Ermənistanla Avropa İttifaqı arasında imzalanan “COVID-19-a qarşı müqavilə”də nəzərdə tutulub. 24 milyon avro məbləğində yeni qrant ittifaqın rəsmi Yerevana ayırdığı iqtisadi və maliyyə vəziyyətin yaxşılaşdırılması ilə bağlı 92 milyon avroluq yardımın tərkib hissəsidir.

Geri qayıt