Etirazçılar Paşinyanın ofisinə soxuldu - İrəvanda vətəndaş müharibəsi

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazçı kütlə onun ofisini mühasirəyə alıb. ONN media xəbər verir ki, etirazçılar Nazirlər Kabinetinin işinə əngəl olmaq niyyətindədirlər. Hüquq-mühafizə orqanları digər dövlət binalarının ətrafında tədbirlər görüb. Etirazçılarla polis arasında tez-tez qarşıdurma yaşanır.