SON DƏQİQƏ: Bakıda 23 yaşlı qızın MEYİTİ TAPILDI

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. FHN-dən ONN media -ya bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1997-ci il təvəllüdlü Səfərli Fatimə Rövşən qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.