Yevlaxda silahlı erməni saxlanılıb? - DİN-dən AÇIQLAMA

"Bu gün bəzi sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndi ərazisində erməni milliyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış video həqiqəti əks etdirmir". ONN media xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib. Məlumatda deyilir: "Kənd sakinləri tərəfindən aşkar edilən şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan, Yevlax şəhər sakini R. Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb əxstəlikləri dispanserinə yerləşdirilib".