Ermənistanın eks-naziri axtarışa verildi

Ermənistanın eks-naziri axtarışa verildi

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib. ONN media xəbər verir ki, bu məlumatı Ermənistan Teleqram kanalları yayıb. Məlumata görə, o, vəzifə səlahiyyətlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham olunub. Qeyd edək ki, Asmik Poqosyan 2007-ci ildən 2016-cı ilə qədər mədəniyyət naziri vəzifəsini icra edib.

Geri qayıt