Azərbaycanda zəlzələ oldu

İsmayıllı rayonunda zəlzələ olub.
ONN media -ya Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 17:14-də Xınalıq stansiyasından 16 km cənubda İsmayıllı rayonunda qeydə alınıb.
Maqnitudası 3.1, dərinliyi 31 km olan zəlzələ hiss olunmayıb.