AzTV-də bədbəxt hadisə baş verdi

AzTV-də bədbəxt hadisə baş verdi

Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib. ONN media  xəbər verir ki, bu barədə QSC-nin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, kanalın ərazisində olan üçmərtəbəli binada otaqlardan birində tavan çöküb, nəticədə bir əməkdaş xəsarət alıb: "Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşımızın çıxarılması istiqamətində iş aparılır".

Geri qayıt